Türkiyədə "ilan ovu" başlayıb (FOTO)


Digərləri 12 İyl 2019 20:47:00 223 0

Türkiyədə "ilan ovu" başlayıb (FOTO)

Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışlardan sonra ilanların sayı kəskin çoxalıb

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin şimalındakı Ordu vilayətində leysan yağışlardan sonra ilanların sayı kəskin çoxalıb. Trend-in məlumatına görə, vilayətin bəzi bölgələrində əhali zəhərli sürünənlərlə mübarizəyə başlayıb. Bir sıra yerlərdə uzunluğu iki metrədək ilanlar aşkar edilib. Bu günədək 5 nəfər ilan sancması ilə əlaqədar xəstəxanaya yerləşdirilib.