BNA küləklə bağlı xəbərdarlıq edib


Digərləri 12 İyl 2019 20:02:00 158 0

BNA küləklə bağlı xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib.

Bakı. Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib. Bu barədə Agentlikdən Trend-ə məlumat verilib. BNA hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edir: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.