Yeni rəis kimdir?


Digərləri 12 İyl 2019 17:40:00 272 0

Yeni rəis kimdir?

Bu gün Daxili İşlər nazirinin əmri ilə "Bandotdel"ə rəis təyin edilən Əbülfət Rzayevin bioqrafiyası ictimai marağa səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Həmin kəndin orta məktəbi təhsilini baş vurduqdan sonra 1986-1988-ci illərdə Daxili qoşunlarda həqiqi hərbi xidmət keçib. 1993-1998-ci illərdə BDU-nun hüquq fakultəsində ali hüquq təhsili alıb.

1989-1990-cı illərdə Ukrayna Respublikası Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri, 1990-1995-ci illərdə Ordubad rayon Behrud kənd orta məktəbində müəllim, 1995-1996-cı illərdə Naxçıvan MR Ordubad RPŞ-da polis sahə inspektoru, 1996-1998-ci illərdə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində əməliyyat müvəkkili, 1998-2001-ci illərdə Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili, 2001-2004-cü illərdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili, 2004-2005-ci illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, 2006-2008-ci illərdə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, 2005-2006-cı illərdə Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, daha sonra Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib.

Ailəlidir. 4 övladı var.