Polis Kəpəzdə silah-sursat aşkarlayıb


Digərləri 12 İyl 2019 17:22:00 179 0

Polis Kəpəzdə silah-sursat aşkarlayıb

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən silah-sursat tapılıb

Bakı. Kəpəz RPİ-nin əməkdaşları tərəfindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Bildirilir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Tereşkova qəsəbəsi ərazisindən 1 ədəd “F-1” markalı qumbara, 3 ədəd qumbara alışdırıcısı, 6 ədəd fişəng, 2 ədəd patron darağı və 120 ədəd müxtəlif çaplı patron tapılıb.