Qərb rayonlarında güclü külək əsir, Gədəbəyə dolu yağıb


Digərləri 12 İyl 2019 17:26:00 224 0

Qərb rayonlarında güclü külək əsir, Gədəbəyə dolu yağıb

Ölkədə müşahidə edilən faktiki hava açıqlanıb.

Bakı. Ölkədə müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir. Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.