Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi


Digərləri 12 İyl 2019 17:11:00 319 0

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Daxili İşlər naziri Vilayət Eyvazov "Bandotdel"ə yeni rəis təyin edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, "Bandotdel"in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib.