Neftçalada iki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü


Digərləri 12 İyl 2019 17:06:00 221 0

Neftçalada iki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü

Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.