Qanunsuz yolla keçirdiyi siqaretləri maşınında gizlədən Azərbaycan vətəndaşı saxlanıldı


Digərləri 12 İyl 2019 14:21:00 232 0

Qanunsuz yolla keçirdiyi siqaretləri maşınında gizlədən Azərbaycan vətəndaşı saxlanıldı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa sağ təkərinin üst hissəsində olan örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 3400 ədəd "Parliament Heets Green Zing" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.