Rusiyada donuzlar uşaqlara hücum etdi


Dünya 12 İyl 2019 12:36:00 183 0

Rusiyada donuzlar uşaqlara hücum etdi

Rusiyada donuzlar iki azyaşlıya hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Altay vilayətinin Yelsovski rayonunda qeydə alınıb.

Məlumata görə, donuzların hücumuna məruz qalan iki bacıdan böyüyü, 7 yaşlı qız qaçıb canını qurtara bilsə də, digər bacı, 4 yaşlı qızı isə donuzlar dişləyib.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Vəziyyəti normal qiymətləndirilir.