Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək


Digərləri 12 İyl 2019 10:35:39 179 0

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

İyulun 15-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Bakı. İyulun 15-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Trend-in məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır. Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,51% - 8,49%-dir.