Toyda partlayış - 5 ölü, 40 yaralı


Digərləri 12 İyl 2019 10:26:00 166 0

Toyda partlayış - 5 ölü, 40 yaralı

Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.

Bakı. Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub. Trend-in məlumatına görə, insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib. Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.