Əli Əhmədov ABŞ-da səfərdədir


Digərləri 12 İyl 2019 10:05:00 215 0

Əli Əhmədov ABŞ-da səfərdədir

Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

Bakı. Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib. Trend-in məlumatına görə, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir. Konfrans BMT-nin Nyu York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək. Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin