Altı ayda Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb


Digərləri 12 İyl 2019 09:54:46 182 0

Altı ayda Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb.

Bakı. 2019-cu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə 148, aprel ayı üzrə 179, may ayı üzrə 200, iyun ayı üzrə isə 159 olub. Hesabat dövründə qəbul edilmiş müraciətlərdən 1148-nin icrası təmin olunub, 26 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə yanvar-iyun ayları ərzində Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19122,5 kVt güc sifariş edilib və 3399680,01 AZN qoşulma haqqı ödənilib.