Sərnişin təyyarəsi təcili eniş edib


Dünya 12 İyl 2019 08:26:00 214 0

Sərnişin təyyarəsi təcili eniş edib

Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, Vankuver-Sidney reysini həyata keçirən Boeing 777-200 avialayneri 10 min metr yüksəklikdə turbulentlik zonasına düşməsi səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb.

Bildirilir ki, insident nəticəsində azı 35 sərnişin xəsarət alıb. Onlara təyyarə eniş etdikdən sonra tibbi yardım göstərilib. Ümumilikdə təyyarənin göyərtəsində 269 sərnişin və 15 heyət üzvü olub.