Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Digərləri 12 İyl 2019 07:07:00 221 0
Səudiyyə Ərəbistanında keçmiş ərini təhqir edən qadına həbs cəzası verilib.
Son.az ölkə.az-a istinadən bildirir ki, 5 il əvvəl boşandığı ərinə "Whatsapp", "Snapchat" və digər sosial platformalardan senzuradan kənar ifadələr yazan qadının məhkəməsində hakim 3 gün həbsə qərar verib.
Bunda onun mesajlarında irqçi motivlərin olması da rol oynayıb.
Qadın, həmçinin bir daha keçmiş ərinə mesaj yazmayacağı haqqında sənədə imza atıb.
Mənbə: milli.az