Malidə minanın partlaması nəticəsində 10 sülhməramlı xəsarət alıb


Digərləri 12 İyl 2019 04:16:13 200 0

Malidə minanın partlaması nəticəsində 10 sülhməramlı xəsarət alıb

Malinin şimalında Malidə vəziyyətin sabitləşdirilməsi üzrə BMT çoxprofilli kompleks missiyasının (MINUSMA) avtomobili minaya düşüb

Bakı. Malinin şimalında Malidə vəziyyətin sabitləşdirilməsi üzrə BMT çoxprofilli kompleks missiyasının (MINUSMA) avtomobili minaya düşüb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə MINUSMA-nın "Twitter" səhifəsində deyilir. Məlumatda bildirilir: "MINUSMA-nın avtomobillərindən biri Malinin şimalında əməliyyat zamanı əldəqayırma partlayıcı qurğu/minaya düşüb. İlkin məlumata əsasən, hadisə nəticəsində 4-ü ağır olmaqla 10 sülhməramlı xəsarət alıb".