Büveyhilər kim idi?


Digərləri 11 İyl 2019 21:15:00 297 0

Büveyhilər kim idi?

Büveyhilər (onları tarix mənbələrdə Ali-Buyə və ya Deyləmilər də adlandırırlar) orta əsrlərdə müsəlman Şərqində hakimiyyət sürmüş görkəmli sülalələən biridir. Büveyhilər Xəzər dənizinin cənubunda yerləşən Deyləm vilayətindən idilər. Əvvəlcə başqa dövlətlərin ordusunda sərkərdə kimi xidmət etmiş Büveyhilər daha sonra öz müstəqil dövlətlərini qurmağa başladılar. Miladi X əsrin birinci yarısında Büveyhi sülaləsindən olan üç qardaş - Əli, Həsən və Əhməd fəal şəkildə fəthlərə başladılar.

Son.az islam.az-a istinadən bildirir ki, qısa müddət ərzində onlar indiki İran ərazisi də daxil olmaqla böyük torpaqları ələ keçirdilər. 945-ci ildə Büveyhilər Bağdada daxil olub, Abbasi xilafətini özlərinə tabe etdilər. Xəlifə formal olaraq öz yerində qalsa da, əslində hakimiyyət Büveyhilərin əlində idi. Büveyhilər şiə məzhəbinə mənsub idilər. Onların zamanında, xüsusilə Bağdad şəhərində şiə məzhəbi güclü inkişaf etdi. Büveyhilər elm və sənəti himayə edirdilər. Şeyx Küleyni, Şeyx Səduq, Şeyx Müfid, Şeyx Tusi kimi böyük alimlər Büveyhilərin himayəsi altında fəaliyyət göstərirdilər. Lakin sonralar daxili çəkişmələr, eləcə də, qonşuluqda güclü dövlətlərin meydana çıxması Büveyhiləri zəiflətdi. Əvvəlcə, Qəznəvilər onların torpağının bir hissəsini istila etdi. 1055-ci ildə səlcuqlar Bağdada hücum edib, Büveyhiləri məğlub etdilər. Büveyhi dövləti təqribən bir əsrlik parlaq hakimiyyətdən sonra süqut etdi.