Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı


Digərləri 11 İyl 2019 21:17:09 213 0

Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib

Bakı. Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb. Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.