Pop kraliçasından sensasiyalı sözlər: “Bakirəliyi itirməyə, karyera qurmağın üsullarından biri kimi baxırdım”


Digərləri 11 İyl 2019 20:04:00 298 0

Pop kraliçasından sensasiyalı sözlər: “Bakirəliyi itirməyə, karyera qurmağın üsullarından biri kimi baxırdım”

Vizzellinin araşdırmasına görə, "Pop Kraliçası" ləqəbli Amerika müğənnisi, akrisa, rejissor, bəstəkar, rəqqasə, modelyer və prodüser, yazıçı Madonna tarixdə həm müğənnilərə, həm də adi insanlara ən çox təsir edən qadınlardan biridir. Dünyanın ən çox qazanan sənətçilərindən olan ulduz mahnılarında müxtəlif mövzulara toxunması, tez-tez fərqli üslublardan istifadə etməsi, yaradıcı və yenilikçi olması ilə digərlərindən həmişə fərqlənir.

Son.az Publika.az-a istinadən bu yazıda gələn ay 61 yaşını qeyd etməyə hazırlaşan Maddonanın hikmətli və bir o qədər sensasiyalı fikirləri ilə tanış edir.

"Çoxları nə istədiyini deməyə utanır. Məhz buna görə, onu əldə edə bilmir".

"Hərdən güclü olmaq, heç bir şey etməmək, yaxud da əksinə, səy göstərmək zəiflik əlaməti kimi qəbul olunur. Mənim üçün güc nəticə etibarı ilə müdriklikdir".

"İnsan hetero, bi və ya homoseksual ola bilməz. O, ya sekseuldır, ya da yox".

"Güclü ol, azadlığa və Tanrıya inan, özünü sev, cinsəlliyi anla, yumor hissinə malik ol, masturbasiya et. İnsanları dini, rəngi, irqi ayrıseçkilik və ya cinsəl seçimlərindən dolayı ittiham etmə, həyatı və ailəni sev".

"6 yaşımdaykən anam öldü. Çəkdiyim acı o qədər dərin idi ki, ifadə edə bilmərəm... Çəkdiyim acını başqa uşaqlarla müqayisə etmək istəmsəm də, ailələrini itirən uşaqlarla aramda bir əlaqə olduğunu hiss edirəm. Ailənizi itirəndə, yönünüzü də, həyatdakı hədəf nöqtələrini də itirirsiniz və öz-özünüzə "Aman tanrım, gələcəyim yoxdur" deyirsiniz. Bu uşaqları gördüyüm zaman ata-analarını və evlərini itirdikləri halda necə olur ki, hələ də gülümsəyə bildiklərini düşünürəm. Başa düşürəm ki, hər hansı mövzuda özümü pis hiss etməyə haqqım yoxdur. Və bir daha həyata təşəkkür edirəm".

"Əgər inandığın hədəf üçün mübarizə aparmağa hazır deyilsənsə, rinqdən içəri belə girmə".

"Həmişə inanmışam ki, işim insanları oyandırmaqdır. Fəqət onları oyatmaq yetərli deyil. İnsanları oyandırmalı və onlara bir yön verməlisiniz. Onları oyandırmalı və həyatın öhdəsindən gəlmək üçün vasitələr verməlisiniz. Onları oyandırmalı və əllərinə çözüm yolu verməlisiniz. Əks halda, yenidən yuxuya dalacaqlar".

"Həyat öz axarı ilə davam edərkən cəsarətli olmaq mənim üçün adiləşdi".

"Həyatdakı işim kimə və ya nə səbəbə səsvermək deyil. Önəmli olan odur ki, özün və ətrafında olan insanların məsuliyyətini daşıya biləsən. İnsanların onlara dövlətin baxdığını, qayğı göstərdiyini və qoruduğunu düşünmək ağılsızlıqdır".

"Azadlıq döyüşçüsüyəm. Şoularım, mahnılarım, işim və sənətim - hamısı ifadə azadlığı üçündür".

"Seks sadəcə bədənlərin təbii ehtiyacının ödənilməsi deyil, həm də ruhların ibadətidir. Cisnəlliyi azad şəkildə yaşaya bilməyən insanın həyatı haqqında parlaq fikir söyləmək çətindir".

"Əgər etdiyim hər işi göründüyü kimi qəbul etsəniz, dəhşətə gələrsiniz. Ya gözünüz qorxar, ya qürurunuz qırılar. Ya da sıxılarsınız".

"Bədənim narkotikə qarşı müqavimət göstərmək gücünə malik deyil. Sonra özümü bərbad hiss edirəm. Məni günlərlə süründürür, həyatımda belə bir əziyyət çəkmək istəmirəm. Bu əzablar üçün ona pul verməyə dəyməz. 20 yaşımda ilk dəfə narkotik çəkdiyim illərdə belə çox istifadə etmədim. Mən rəqqasəyəm, bədənimi məhv etmək istəmirəm. İstəyirəm ki, fiziki baxımdan özümü yaxşı hiss edim. Yəni şüurunu itirmək, bütün gün yataqda qalmaq, ağlın uçması kimi fikirlər mənim üçün heç vaxt normal olmayıb".

"Hamımızın qanı eyni rəngdə axır, hamımız sevmək və sevilmək istəyirik".

"Anamın ölümü mənə uşaq ikən böyük bir sirr kimi görünmüşdü və bunu heç kim açıqlamamışdı. Anamla bağlı xatırladığım əsas xüsusiyyət çox kübar və zərif olması idi. Gözümdə mələk kimi görünürdü, zənnimcə, 5 yaşında hər kəs anasının bir mələk olduğunu düşünür. Çox dindar olduğunu da bilirdim. Odur ki, bizi niyə atıb getdiyini heç vaxt başa düşə bilmədim. Bu, mənə qarşı haqsızlıq idi. Onun yalnış bir iş gördüyünü düşünməmişdim. Bu səbəbdən də tez-tez özümə sual verirdim ki, harda səhv etmişəm".

"Siyasətlə məşğul olan insanların cahilliyi dünyanın ən böyük problemidir. Bu mürəkəb bir vəziyyətdir... Hesab edirəm ki, siyasətçilər ruhanilər kimi özünü həsr etməlidir, əks halda, insanlar bu planetdə ideal sülhə və təbiətə nail ola bilməyəcək".

"Heç zaman həyatı boşa yaşamadım, keçmişdə yaşadığım çətinlikləri unutmadım ... Əlimə keçən hər fürsəti beyin və bədən gücümlə dəyərləndirdim. Bütün bunların yekununda xoşbəxtəm, ancaq öyrənməyin, araşdırmağın və inkişafın sonu yoxdur".

"Zövqləri başqasının icazəsindən asılı olan insan zavallıdır".

"Xüsusilə bu ölkədə olduqca məşhur bir şəxs olmaq - müəyyən bir müddət yalnız insanların razılığı daxilində istədiyini edə bilirsən. İnsanlar sənin üzərindən yaşayır, sən olmaq və sənin etdiklərini etmək istəyir, amma bu heç vaxt davam edə bilməz. Bunun üçün özünü tükətmək və ya başındakı fikirlərin bitməsi lazımdır. Evlənib uşaq doğmaq və ya kökəlmək lazımdır. İçki, ya da narkotik problemin olmalıdır. Realibitasiya mərkəzlərində yatmalısan ki, insanlar sənə acıya bilsin. Ya da ən asan yolu - özünü öldürməlisən. Əslində, bütün bunların heç biri baş vermədiyi üçün insanlar "karyerası bitdi, indi də özü bitdi, o, bacarıqsızdır" deyə açıqlamalar edir. Ancaq bunlar qulaqda qiymətləndirmədən çox, dilək kimi səslənir".

"Dəyişməyə inanmasaq, həyata da inanmarıq. Zaman var olduqca dəyişikliyə qarşı çıxmaq axmaq və boş bir çabadan o tərəfə keçmir. Bəli, dəyişməyən nələrsə var, amma dəyişmək anlayışı həyatın özüdür".

"İnsanları düşünməyə təşviq etmək həmişə yaxşıdır. Bir perspektiviniz yoxdursa, insanlar üçün ilham mənbəyi və ya örnək ola bilməzsiniz".

"Əgər xoşbəxtliyiniz başqalarının gördüyünüz hər işi təsdiqləməsindən keçirsə, uğursuz olmağa məhkumsunuz".

"Hamilə qaldığımı öyrəndiyim andan etibarən həyata fərqli bir gözlə baxmağa başladım. Birdən "Tanrım, indi başqasını düşünməyə məcburam" deyə dərk etdim. Əgər uşağınız varsa, anarxist ola bilməzsiniz. Üsyankar ola bilərsiniz, amma qərar verməzdən əvvəl yaxşı-yaxşı düşünməlisiniz. Uşağım olduğu üçün artıq edə bilməyəcəyim bir sürü iş var. Artıq sən anasan, bunun geri dönüşü yoxdur. Əslində baxsanız, cinsi üsyanın bütün təzahürlərini tətbiq etdim. Yəni edəcək başqa bir şey də qalmadı".

"Nə zaman haqqımda xəbər çıxsa, adımın yanında yaşımı da qeyd edirlər. Bu, ona bənzəyir ki, "Budur Madonna, amma yaşını unutmayın" , ya da "Gəlin bunu hər kəsə xatırladaq, onu cəzalandıraq" deyirlər. İnsanlara yaşı ilə təzyiq göstərir və məhdudlaşdırdılar ".

"Boşanmışam, Nyu-Yorkda yaşayıram. Özümü dörd mükəmməl uşaqla müqəddəsləşdirdim. Onlara qutunun kənarında düşünməyi və cəsarətli olmağı öyrətməyi çalşıram. Seçdikləri işi hər kəs etdiyi üçün deyil, doğru olduğunu düşündükləri üçün seçməyi öyrədirəm".

"Populyar oldum və gözdən düşdüm, uğurlu və uğursuz oldum, sevildim və nifrət edildim. Bütün bunların nə qədər əhəmiyyətsiz olduğunu anladım. Odur ki, riskdən qorxmuram".

"Həyatdan məna qopartmağın ən yaxşı yollarından biri də rahatlıq sahəsindən çıxıb özünə meydan oxumaq və çətin sınaqlardan keçməkdir. O sınaqlarda balıq kimi üzün... İçindən çıxa bilsəniz, müvəffəqiyyət hissi sizə nəfəs almağa kömək edəcək. Əgər çıxa bilməsəniz, narahat olmayın, eqonuz bu vəziyyəti əsla qəbul etməyəcək və bir çıxış yolu tapmağa başlayacaqsınız. Sıxılmaqdan necədir?".


Xəbərə aid fotolar