Daha bir təyyarə qəzası Bu dəfə Tailandda


Dünya 11 İyl 2019 18:39:00 227 0

Daha bir təyyarə qəzası  Bu dəfə Tailandda

Tailand Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, təlim uçuşu zamanı təyyarənin mühərriki dayanıb.

Hadisə nəticəsində pilotlardan biri həlak olub, digəri isə ağır xəsarətlər alıb.

Təyyarə boş əraziyə düşdüyü üçün digər fəsadlar qeydə alınmayıb. Faktla bağlı araşdırma başlayıb.