Leyla Abdullayeva: Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər


Digərləri 11 İyl 2019 18:10:00 63 0

Leyla Abdullayeva: Yalnız işğal olunmuş ərazilərin azad olunması hər iki icmanın hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər

Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz

Bakı. Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal Nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması məsələsini qeyd edib. Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Trend-ə açıqlama verib. L.Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir: "İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz. Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
ABŞda dollar yağışı like
  • 11 İyl 18:09  
Dünya ABŞda dollar yağışı

ABŞ-ın Corciya ştatında pul daşıyan zirehli maşın hərəkətdə olan qap

arrow Ətraflı
Bakıda AzərbaycanFransa biznes forumu keçirilib like
  • 11 İyl 18:07  
Digərləri Bakıda AzərbaycanFransa biznes forumu keçirilib

İyulun 11-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi,

arrow Ətraflı
Sürücülərin DİQQƏTİNƏ: like
  • 11 İyl 18:04  
Digərləri Sürücülərin DİQQƏTİNƏ:

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqəd

arrow Ətraflı
İkinci ərindən də ayrılan Sevda: like
  • 11 İyl 17:59  
Şou-biznes İkinci ərindən də ayrılan Sevda:

İkinci həyat yoldaşı Cəmildən də ayrılan Sevda Sanəliyeva "5/5&qu

arrow Ətraflı
Elmar Məmmədyarov: "Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq" like
  • 11 İyl 17:57  
Siyasət Elmar Məmmədyarov: "Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq"

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqlar

arrow Ətraflı
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam etdirilir (FOTO) like
  • 11 İyl 17:54  
Digərləri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam etdirilir (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsind

arrow Ətraflı
“Ərin səndən ayrılıb, ailəsinə qayıtdı?” like
  • 11 İyl 17:49  
Şou-biznes “Ərin səndən ayrılıb, ailəsinə qayıtdı?”

Müğənni Sevda Sanəliyeva "5/5" verilişinin qonağı olub.

arrow Ətraflı
Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib (FOTO) like
  • 11 İyl 17:45  
Digərləri Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib (FOTO)

Bakı Biznes Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilib.

arrow Ətraflı
Bakıda iki avtobus toqquşdu like
  • 11 İyl 17:44  
Digərləri Bakıda iki avtobus toqquşdu

Hava limanı yolunda avtobus qəzası baş verib.

arrow Ətraflı
Elmar Məmmədyarov: Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq like
  • 11 İyl 17:39  
Digərləri Elmar Məmmədyarov: Avropa Şurasının yeni rəhbərliyi ilə işləməyə hazırıq

Elmar Məmmədyarov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dun

arrow Ətraflı
“Eltonun ailəsini dağıdırdı” like
  • 11 İyl 17:39  
Şou-biznes “Eltonun ailəsini dağıdırdı”

"Heç kim süddən çıxmış ağ qaşıq deyil. Deyir ki, Təranə ilə ma

arrow Ətraflı
Abşeronda “Geely” yanıb like
  • 11 İyl 17:33  
Digərləri Abşeronda “Geely” yanıb

Abşeron rayonunda “Geely” markalı minik avtomobilinin idarəetmə lövhəs

arrow Ətraflı