AccessBank-ın depozit portfeli tarixi maksimuma yüksəlib - Sədr (FOTO)


Digərləri 11 İyl 2019 13:59:00 188 0

AccessBank-ın depozit portfeli tarixi maksimuma yüksəlib - Sədr (FOTO)

Bu ilin iyun ayının sonuna AccessBank-ın depozit portfeli 628 mln. manata çataraq tarixi maksimuma yüksəlib.

Bakı. Bu ilin iyun ayının sonuna AccessBank-ın depozit portfeli 628 mln. manata çataraq tarixi maksimuma yüksəlib. Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub. Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir: "Bu il depozit portfelimiz 120 mln. manat, ötən il isə 72 mln. manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib". Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir".