Azərbaycanda tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 18,4 faiz artıb FOTO


Digərləri 11 İyl 2019 13:11:00 237 0

Azərbaycanda tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 18,4 faiz artıb  FOTO

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər, bütövlükdə, fiskallaşma istiqamətində görülən işlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur.

Nazirlikdən Son.az-a verilən məlumata görə, aksizli məhsulların istehsal həcmində və aksiz məbləğində yüksək artım templəri istehsalın və dövriyyələrin şəffaflaşmasına, vergidən yayınmanın miqyasının azalmasına dəlalət edir.

2019-cu ilin yanvar-may aylarında alkoqollu məhsullar və energetik içkilərin istehsalı (aksiz vergisinə cəlb olunan istehsal həcmi) ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz, aksiz məbləği 2,5 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb.

Cari ilin 5 ayında ötən ilin 5 ayı ilə müqayisədə, tütün məmulatlarının istehsalçıları üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 18,4 faiz, aksiz məbləği 5,6 dəfə, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 3,7 dəfə artıb. Bu sektorda artımlar əsasən yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda, istehsal həcminin və dövriyyələrin şəffaflaşması şəraitində mümkün olub.


Xəbərə aid fotolar