Baş Prokurorluqdan Aydın Qurbanova işgəncə verilməsi ilə bağlı xəbərlərlə bağlı AÇIQLAMA


Digərləri 11 İyl 2019 12:19:00 59 0

Baş Prokurorluqdan Aydın Qurbanova işgəncə verilməsi ilə bağlı xəbərlərlə bağlı AÇIQLAMA

Ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi, 145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci maddəsi, 243.1-ci maddələri ilə 3 dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 3 iyul 2018-ci il tarixdə mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, 30 iyul 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanasına yerləşdirilib.

Son.az xəbər verir ki, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdən Son.az-a daxil olan birgə məlumata görə, istintaq zamanı A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında A.Qurbanovun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılıb.

Axtarış zamanı evin çardağından sonuncunun ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silahı, 1 ədəd "Makarov" markalı, 1 ədəd "Marqolin" markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb.

A.Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb və orada intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib.

A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar A.Qurbanovun barəsində 31 may 2019-cu il tarixdə məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.

Həbsdən çıxan qardaşdan bacılarına qarşı dəhşətli əməl like
  • 11 İyl 12:17  
Kriminal Həbsdən çıxan qardaşdan bacılarına qarşı dəhşətli əməl

Bakının Xəzər rayonunda ailə-məişət münaqişəsi zəminində qətl tör

arrow Ətraflı
İngilis dili müəllimi olmaq istəyənlər imtahan verirlər like
  • 11 İyl 12:13  
Digərləri İngilis dili müəllimi olmaq istəyənlər imtahan verirlər

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə tes

arrow Ətraflı
Azərbaycanda icbari tibbi sığorta sistemi tibbi xidmətlər spektrini genişləndirəcək like
  • 11 İyl 12:10  
Digərləri Azərbaycanda icbari tibbi sığorta sistemi tibbi xidmətlər spektrini genişləndirəcək

Azərbaycanda yaxın zamanlarda tətbiq olunacaq icbari tibbi sığorta sistemi

arrow Ətraflı
Gəlin toyun səhəri günü cinsi əlaqə vaxtı öldü  FOTO like
  • 11 İyl 12:08  
Dünya Gəlin toyun səhəri günü cinsi əlaqə vaxtı öldü FOTO

Toyun səhəri günü arvadı ölən kişi cinayətdə ittiham olunur.

arrow Ətraflı
Azərbaycanda tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 18,4 faiz artıb (FOTO) like
  • 11 İyl 12:06  
Digərləri Azərbaycanda tütün məmulatlarının vergiyə cəlb olunma miqdarı 18,4 faiz artıb (FOTO)

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi

arrow Ətraflı
“Kişisənsə, geyləri efirə çağır və öldür” like
  • 11 İyl 12:04  
Digərləri “Kişisənsə, geyləri efirə çağır və öldür”

Ötən günlərdə aparıcı İlqar Mikayıloğlunun "Geyləri və lezbiyan

arrow Ətraflı
Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti! like
  • 11 İyl 12:00  
Digərləri Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti!

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin

arrow Ətraflı
İnternetdə tanış olduğu oğlanla hotelə gedən qızın cəsədi tapıldı  FOTO like
  • 11 İyl 11:59  
Dünya İnternetdə tanış olduğu oğlanla hotelə gedən qızın cəsədi tapıldı FOTO

23 yaşlı stüardessanın hotel otağından cəsədi tapılıb.

arrow Ətraflı
Xaçmazda mağaza yanıb like
  • 11 İyl 11:55  
Digərləri Xaçmazda mağaza yanıb

Xaçmazda mağaza yanıb.

arrow Ətraflı
Dövlət Agentliyi Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunmasına hazırlaşır like
  • 11 İyl 11:55  
Digərləri Dövlət Agentliyi Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunmasına hazırlaşır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sığorta növünün tətbi

arrow Ətraflı
Rektor: Azərbaycan dünyada tolerantlıq ideyalarını tətbiq edən nümunəvi ölkə kimi tanınır like
  • 11 İyl 11:52  
Digərləri Rektor: Azərbaycan dünyada tolerantlıq ideyalarını tətbiq edən nümunəvi ölkə kimi tanınır

Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ v

arrow Ətraflı
Bu il 429 min əcnəbiyə viza verilib like
  • 11 İyl 11:51  
Digərləri Bu il 429 min əcnəbiyə viza verilib

Cari ilin ilk 6 ayı ərzində "ASAN Viza" vasitəsi ilə verilən viz

arrow Ətraflı
Roza Zərgərli "sponsoru" ilə istirahətdə  FOTO like
  • 11 İyl 11:46  
Şou-biznes Roza Zərgərli "sponsoru" ilə istirahətdə FOTO

Müğənni Roza Zərgərli istirahət fotolarını paylaşıb.

arrow Ətraflı