Prezident İlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyik


Digərləri 11 İyl 2019 11:45:31 40 0

Prezident İlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyik

İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyik

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına müraciət ünvanlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub. Müraciətdə deyilir: "Hörmətli simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir. Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş edib, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumunun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığının bariz nümunəsi idi. 2017-ci ildə Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi və IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun maraqlı və kostruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"Roma"nın sabiq futbolçusu Türkiyə klubunda like
  • 11 İyl 11:40  
Digərləri "Roma"nın sabiq futbolçusu Türkiyə klubunda

Türkiyənin "Alanyaspor" klubu yeni transferini açıqlayıb.

arrow Ətraflı
Türkiyədə meşələr yanır like
  • 11 İyl 11:37  
Dünya Türkiyədə meşələr yanır

Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yan

arrow Ətraflı
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb (FOTO) like
  • 11 İyl 11:34  
Digərləri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıl

arrow Ətraflı
"Məktəbdə şagirdlər münasibət yaşayırmış kimi öpüşürlər"  Müdirdən etiraz  FOTO like
  • 11 İyl 11:33  
Digərləri "Məktəbdə şagirdlər münasibət yaşayırmış kimi öpüşürlər" Müdirdən etiraz FOTO

Britaniyanın İTV telekanalında nümayiş olunan populyar "Love İsland&q

arrow Ətraflı
Gələn il həkimlərin əməkhaqlarında 2 hissəli artım olacaq like
  • 11 İyl 11:30  
Digərləri Gələn il həkimlərin əməkhaqlarında 2 hissəli artım olacaq

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəli

arrow Ətraflı
2 nəfər zəhərlənib öldü like
  • 11 İyl 11:28  
Dünya 2 nəfər zəhərlənib öldü

Türkiyənin Adana vilayətində saxta spirtli içkidən zəhərlənmə baş ver

arrow Ətraflı
Dadodan oğlu ilə bağlı maraqlı paylaşım  FOTO like
  • 11 İyl 11:24  
Şou-biznes Dadodan oğlu ilə bağlı maraqlı paylaşım FOTO

Ötən gün müğənni Natavan Həbibinin övladı Zeyd Əlinin dünyaya gəliş

arrow Ətraflı
"Qadını seksual edən şey onun savadıdır"  FOTO like
  • 11 İyl 11:19  
Digərləri "Qadını seksual edən şey onun savadıdır" FOTO

Qısa müddət ərzində şöhrət qazanan türkiyəli müğənni Ece Seçkin ma

arrow Ətraflı
Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə yenə təxirə salındı like
  • 11 İyl 11:16  
Digərləri Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə yenə təxirə salındı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliy

arrow Ətraflı
Liverpool Oriqi ilə yeni müqavilə imzaladı like
  • 11 İyl 11:12  
İdman Liverpool Oriqi ilə yeni müqavilə imzaladı

Goal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı hücum&ccedi

arrow Ətraflı
Azərbaycanlı məşhurun qızları "aldadan" oğlu like
  • 11 İyl 11:10  
Şou-biznes Azərbaycanlı məşhurun qızları "aldadan" oğlu

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənlinin oğlunun b

arrow Ətraflı
Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı - SƏBƏB? like
  • 11 İyl 11:09  
Digərləri Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı - SƏBƏB?

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

arrow Ətraflı
Hadisə erotik rəqsi ilə gündəmdə  VİDEO like
  • 11 İyl 11:05  
Digərləri Hadisə erotik rəqsi ilə gündəmdə VİDEO

Almaniyada konsert verən qalmaqallı türk müğənnisi Hadisə erotik rəqsi i

arrow Ətraflı