Türkiyədə meşələr yanır


Digərləri 11 İyl 2019 10:11:24 278 0

Türkiyədə meşələr yanır

Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yanğınları davam edir.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin cənub-qərbində Muğla vilayətinin Dalaman rayonunda meşə yanğınları davam edir. Trend-in məlumatına görə, yanğınların artıq rayondakı hotellər şəbəkəsinə çatdığı bildirilir. Yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub. Qeyd edək ki, bu rayonda meşə yanğını ötən gün yerli vaxtla 15:00-da başlayıb.