2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyində 1847 müraciətə baxılıb


Digərləri 11 İyl 2019 09:39:00 190 0

2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyində 1847 müraciətə baxılıb

2019-cu ilin I yarısında Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, vətəndaşların elektrik enerjisi təchizatı, qazlaşdırma və digər məsələlərlə bağlı 1847 müraciət daxil olub.

Bakı. 2019-cu ilin I yarısında Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, vətəndaşların elektrik enerjisi təchizatı, qazlaşdırma və digər məsələlərlə bağlı 1847 müraciət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müraciətlərin 889-elektrik enerjisi, 434-u təbii qaz təchizatı, 524-ü isə digər məzmunlu məsələləri əhatə edib. Daxil olan müraciətlərdən 98-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib. Elektrik enerjisi üzrə müraciətlər elektrik sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti və enerji təchizatında yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub. Qaz təchizatı ilə bağlı qeydə alınmış müraciətlər isə əsasən qaz xəttinə qoşulma, qaz təchizatında yaranan fasilələr, qaz sızması, qaz sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması və təbii qazın verilişi ilə bağlı digər məsələləri əhatə edib.