Fransada qanunsuz miqrantlar saxlanıldı


Dünya 11 İyl 2019 09:12:13 206 0

Fransada qanunsuz miqrantlar saxlanıldı

Fransanın "Trikasten" AES-nı mühafizə edən jandarmalar əraziyə gələn yük avtomobilində iki Eritreyadan olan qanunsuz miqrant aşkar edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" xəbər verib.

Məlumata əsasən, hadisə iyulun 11-də baş verib. Miqrantlardan biri azyaşlıdır.

Onlar yük maşını ilə Fransadan Belçikaya getməyi nəzərdə tuturdular. Lakin, görünür, maşını səhv salıblar.