Fransada jandarmalar tərəfindən qanunsuz miqrantlar saxlanılıb


Digərləri 11 İyl 2019 08:17:09 206 0

Fransada jandarmalar tərəfindən qanunsuz miqrantlar saxlanılıb

Fransanın "Trikasten" AES-nı mühafizə edən jandarmalar əraziyə gələn yük avtomobilində iki Eritreyadan olan qanunsuz miqrant aşkar edib

Bakı. Fransanın "Trikasten" AES-nı mühafizə edən jandarmalar əraziyə gələn yük avtomobilində iki Eritreyadan olan qanunsuz miqrant aşkar edib. Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" xəbər verib. Məlumata əsasən, hadisə iyulun 11-də baş verib. Miqrantlardan biri azyaşlıdır. Onlar yük maşını ilə Fransadan Belçikaya getməyi nəzərdə tuturdular. Lakin, görünür, maşını səhv salıblar.