Günün qoroskopu: münaqişə və mübahisələri həll edə bilərsiniz


Digərləri 11 İyl 2019 00:01:00 244 0

Günün qoroskopu: münaqişə və mübahisələri həll edə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ideyalarınızı unutmayın. Onlardan birindən yararlana bilərsiniz. Bəzi ideyaları reallaşdıranda tələsməyin. Çətin məsələni çözmək gərəkdirsə, problemlərin həllinə yaradıcı yanaşın. Belədə işlər daha uğurlu alına bilər.

Günün ikinci yarısında kommersiya və ticarətlə bağlı məsələlərdə irəliləyiş ola bilər. Daxili durumunuzu dəyərləndirin, son addımlarınızı təhlil edin. Axşam saatlarında ağır işlə, intensiv fiziki təmrinlərlə məşğul olmayın. Səhhətinizin qeydinə qalın.

Vücudunuzda ağrılar hiss edə bilərsiniz.

Buğa - mövqelərinizi möhkəmləndirmək, irəliləmək, yeni zirvələr fəth etmək üçün yaxşı zamandır. Ətrafınızdakı insanların dediklərini qulaqardına vurmayın. Münasibətlər qarşılıqlı sayğı və hörmət əsasında olmalıdır.

Uzunmüddətli ödənişlərlə yanaşı, əlavə mənbədən gəlir istisna deyil. Mühüm saydığınız layihəni təkmilləşdirə bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda sərinliyə səbəb olmayın. Sizə xoş münasibət bəsləyən insanın qəlbini qırmayın, ürəyinə dəyməyin. Yalnız özünüzü, öz maraqlarınızı və mənafelərinizi düşünməyin.

Əkizlər - informasiya texnologiyaları və kommunikasiyalarla məşğul olursunuzsa, uğurlu zamandır. Məsləhətlərə qulaq asın, sizə dəyər verən insanların önəmini bilin. Ətrafınızdakı insanlardan biri ilə dil tapa bilərsiniz. Diqqətli olun, təhlil etməyə çalışdığınız məqamın təfərrüatlarını aydınlaşdırın.

Günün ikinci yarısında mövqeyinizi aydın şəkildə izhar edin, rəqibləri üstələməyə çalışın. Yazışmalarda sözləri ehtiyatla seçin.

Yaşam tonusunuzun səviyyəsini artırmaq üçün axşam saatlarına yaxın bir qədər istirahət edin. Bədən tərbiyəsini, idmanı unutmayın. Fəqət, özünüzü çox yormayın.

Xərçəng - vaxtınızdan rasional istifadə etmək üçün böyük problemləri kiçik çətinliklərə bölmək və onları mərhələlərlə həll etmək olar. Belədə ən mürəkkəb, məsuliyyətli işin öhdəsindən gələ bilərsiniz.

Bəzi məqamlarda güzəştə meylli olmaqda fayda var.

Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Yaxınlarınızla münasibətlərin qədrini bilin. Emosional olmayın, tələsik qərarlar verməyin. Vəziyyətdən hali olmamış kimsəni tənqid etməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir - gün problemlər və anlaşılmaz situasiyalar vəd edir. Hər şeyə rəğmən, əhvalınızı korlamayın, bədbinliyə qapılmayın. İşlərinizin nəticəsindən narazı qalmağınız, yaxın gələcəklə bağlı perspektivləri pis görməyiniz istisna deyil. Özünüzü itirməyin. Layihələrin bir qismində dəyişikliklər etmək, nüansları yeniləmək imkanları var.

Günün ikinci yarısında ailə işləri və məişət qayğılarında kəskin dəyişikliklər ola bilər. Planlarınızın zəruri dəyişikliklərə ehtiyacı var. Yeni şərtləri dəyərləndirin, situasiyanın məcrasını çözərək maraqlarınızı təmin edin.

Axşam saatlarında gəzintiyə çıxmaq məsləhətdir.

Qız - kiçik işlərə və rutin məsələlərə həddən artıq vaxt ayırmayın. Belədə önəmli məqamlardan biri nəzərdən qaça bilər. Əvvəlcə əsas problemlərin həllinə başlayın. Kiçik işlərin çözümünü isə sonraya saxlamaq olar.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla sirlərinizi bölüşməyin.

Şəxsi münasibətləri heç bir səbəb olmadan təftiş etməyin. Hissləriniz barədə yalnız inandığınız insanlara danışın. Əks təqdirdə dedi-qodu və şayiə obyektinə çevrilə bilərsiniz.

Axşam saatlarında normal istirahət etməyə çalışın.