Azərbaycan nefti ucuzlaşıb


Digərləri 10 İyl 2019 23:45:00 205 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.