Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA İnanılmaz FAKTLAR


Digərləri 10 İyl 2019 21:40:00 291 0

Flora Kərimovanın sidik qəbuluna tanınmış həkimdən ŞOK REAKSİYA  İnanılmaz FAKTLAR

"Urinoterapiya (sidiklə müalicə üsulu - red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram".

Son.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova medicina.az-a deyib. O, müsahibəsində bildirib ki, 20 ildir bu müalicə üsulundan istifadə edir və 10 yaşınadək olan uşaqların sidiyini qəbul edir. Xalq artistinin bu çıxışı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Son.az bildirir ki, mövzu ilə əlaqədar qastroenteroloq-hepatoloq-endoskopist Dr. Ülvi İbrahimov publika.az-a açıqlama verib. O bildirib ki, tibbin inkişaf etdiyi bir dövrdə sidik yolu ilə müalicə üsuluna ehtiyac yoxdur:

"Bunun qəti əleyhinəyəm, tibbi-nöqteyi nəzərdən heç bir sübutu yoxdur. Bu mövzuda genişmiqyaslı elmi araşdırmalar aparılmayıb. Əldə olunan nəticələr yetərli deyil, tibbi nöqteyi-nəzərdən heç bir sübutu və dəqiqliyi yoxdur.

Urinoterapiya digər ölkələr də var, xüsusilə Hindistanda daha çox istifadə edilir. Lakin bu, mübahisəli məsələdir. Sidiklə müalicəni hər insan istifadə edə bilməz, mədə-bağırsağın vəziyyətindən asılıdır. Mədə-bağırsaqda hər hansı ciddi problem varsa, urinoterapiya zamanı vəziyyəti daha da ağırlaşdıra, zəhərlənməyə gətirib çıxara, hətta ölüm hadisələri də baş verə bilər. Bu dərəcədə ağır fəsadları ola bilər. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır".

Mütəxəssis daha sonra əlavə edib ki, bu gün hər bir xəstəliyin müasir müalicə protokolları mövcuddur:

"Hesab edirəm ki, sidiklə müalicə üsuluna heç bir ehtiyac yoxdur. Sadəcə bəzən çarəsiz qalaraq bu yola müraciət edirlər. Amma bunun özü təhlükəlidir. Çünki çarəsiz qalan insanlar normal vəziyyətdə deyil, sağlamlığın orta ağır olduğu halda bu üsuldan istifadə edir. Nəticədə, əks problemlər meydana gəlir. Yaxşı olardı ki, urinoterapiya həkim mədə-bağırsaq sistemini yoxladıqdan və hər hansı əks-göstəriş olduğunu yoxladıqdan sonra, həkim məsləhəti ilə və xalq təbabəti ilə məşğul olan həkimlər tərəfindən həyata keçirilsin".


Xəbərə aid fotolar