“BMW” yol ayırıcına çırpıldı:


Digərləri 10 İyl 2019 19:37:00 239 0

“BMW” yol ayırıcına çırpıldı:

Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 9-da saat 12 radələrində Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi "BMW" markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sərnişinləri, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib, R.Mehralıyev orada ölüb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.