Sərbəst güləşçilərimiz Yaşar Doğu turnirində


Digərləri 10 İyl 2019 18:51:00 228 0

Sərbəst güləşçilərimiz Yaşar Doğu turnirində

İyulun 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri keçiriləcək.

Bakı. İyulun 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri keçiriləcək. Trend-in məlumatına görə, 47-ci dəfə keçiriləcək yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcək. Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) xalça üzərinə çıxacaq.