Linzaları çıxarmağı unutdu, 1 gözü kor oldu FOTO


Digərləri 10 İyl 2019 18:10:00 177 0

Linzaları çıxarmağı unutdu, 1 gözü kor oldu  FOTO

Duş qəbul etməzdən əvvəl gözlərindəki linzaları çıxarmağı unudan İngiltərənin Şrusberi şəhərində yaşayan 29 yaşlı Nik Hamfrisin bir gözü kor olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Hadisə 2018-ci ilin əvvəlində baş verib. Bir müddət sonra gözündə cızıq görən kişi həkimə müraciət edib. Tibb işçiləri onun sağ gözündə, linzanın su ilə təması nəticəsində yaranan, "Acanthamoeba" amöbu aşkar edib.

Nik bakteriyaları məhv etmək üçün bir neçə ay göz damcılarından istifadə etsə də, nəticə heç də ürəkaçan olmayıb. Onun sağ gözündəki görmə tamamilə yox olub. Hazırda gənc infeksiyanın məhv etdiyi öz buynuz qişasının transplantasiyasını gözləyir.


Xəbərə aid fotolar