Mübariz Qurbanlı: "Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir"


Digərləri 10 İyl 2019 15:23:00 219 0

Mübariz Qurbanlı: "Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bu ideya altında birləşdirir.

Komitə sədrinin sözlərinə görə, azərbaycançılıq ideyası dövlətimiz üçün prioritetdir: "İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir. 30 il əvvəl Azərbaycanda nə multikultural, nə də tolerant sözü işlədilirdi. Amma o zaman da Azərbaycanda multikultural dəyərlər, tolerant mühit var idi".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə bildirib ki, Azərbaycan islami prinsiplərdən istifadə etməklə çox gözəl dialoqlar aparır: "Azərbaycan bu gün İslama sahib çıxır, bütün din sahibləri ilə dialoqa girə bilir. Buna görə də Azərbaycanda çox gözəl tolerant mühit var".