İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü FOTO


Digərləri 10 İyl 2019 13:02:00 198 0

İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü  FOTO

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.

Gürcüstan polisi faktı araşdırır.


Xəbərə aid fotolar