Bakıda avtomobil çimərlikdə yanaraq kül oldu FOTO


Digərləri 10 İyl 2019 11:49:00 210 0

Bakıda avtomobil çimərlikdə yanaraq kül oldu  FOTO

Ötən axşam Bakıda yanğın hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Suraxanı rayonu Hövsan çimərliyində qeydə alınıb. Çimərliyə gələn şəxs avtomobilini dəniz kənarında saxlayıb. Bir qədər sonra onun "AzSamand" markakı avtomobili alışmağa başlayıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alovun qarşısını almağa müvəffəq olublar.


Xəbərə aid fotolar