Siyasətçi GTA 5dəki videonu real hadisəymiş kimi paylaşdı,


Dünya 10 İyl 2019 11:35:00 200 0

Siyasətçi GTA 5dəki videonu real hadisəymiş kimi paylaşdı,

Pakistanlı siyasətçinin səhvi sosial şəbəkə istifadəçilərini qəhqəhəyə boğub.

Son.az Russian Today-a istinadla xəbər verir ki, Pakistanın "Avami Tehrik" partiyasının baş katibi Xürrəm Navaz Gandapur şəxsi Tvitter hesabında paylaşdığı videoya görə ələ salınıb.

Belə ki, o, məşhur GTA V (Grand theft auto V) oyunundakı kadrları real həyatda baş vermiş video kimi paylaşıb. Görüntülərin videooyundan olduğunu başa düşən siyasətçi kadrları Tvitterdən silib.