Bakıda marşrut avtobusu piyadanın üstündən keçib öldürdü


Digərləri 10 İyl 2019 11:24:00 160 0

Bakıda marşrut avtobusu piyadanın üstündən keçib öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi 7 saylı ünvanda yaşayan Məmmədov Qəribxan Mirzə oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin qarşısındakı dayanacaqda Tahirov Ceyhun Fəxrəddin oğlunun idarə etdiyi "Daewo" markalı 10 TG 262 dövlət nömrə nişanlı 211 saylı marşrut avtobusundan düşərkən sürücü avtobusu hərəkətə gətirib. Hadisə nəticəsində Q.Məmmədov müvazinətini itirərək avtobusun altına yıxılıb, avtobus piyadanın üstündən keçib.