Bakıda qayınanası ilə dalaşan kişidən gözlənilməz addım:


Digərləri 10 İyl 2019 10:41:00 214 0

Bakıda qayınanası ilə dalaşan kişidən gözlənilməz addım:

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.

Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə.Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.