Nazir Pentaqonun yeni rəhbəri oldu


Dünya 10 İyl 2019 10:45:00 206 0

Nazir Pentaqonun yeni rəhbəri oldu

ABŞ Hərbi Dəniz Qüvvələri naziri Riçard Spenser müvəqqəti olaraq Pentaqona başçılıq edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi nümayəndəsinə istinadən xəbər yayılıb. Pentaqona rəhbər isə bu il iyulun sonunda təyin olunacaq.

Qeyd edək ki, Pentaqonun əvvəlki başçısı Ceyms Mettis ötən il dekabrın 21-də postu tərk etmək barədə qərar qəbul etmişdi. İstefasının səbəbini isə ABŞ Prezidenti Donald Trampla aralarında fikir ayrılığı olması ilə izah etmişdi.