Ağcabədidə ferma yanıb


Digərləri 10 İyl 2019 08:31:00 274 0

Ağcabədidə ferma yanıb

Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Salmanbəyli kəndində ümumi sahəsi 1050 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 480 m² sahədə, içərisinə yığılan 30 ton ot bağlamasının 10 tonu və yaxınlıqda ümumi sahəsi 222 m² olan qamışdan ibarət tövlə yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.