İxracın artması bahalaşmaya səbəb olub Azərbaycanda


Digərləri 09 İyl 2019 23:56:00 245 0

İxracın artması bahalaşmaya səbəb olub  Azərbaycanda

İstehlak bazarında pomidor və xiyarın qiymətinin balaşmasının səbəbi açıqlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təssərüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib ki, artıma səbəb Rusiya və digər bazarlara ixracın artmasıdır. Amma havanın iqlim normasına uyğun olmaması da qiymətə təsir edib.

Növbəti həfətdən bazara daha çox açıq sahə tərəvəzləri daxil olacaq ki, bu da qiymətlərin yenidən ucuzlaşmasına səbəb olacaq. Qiymət artımlarının olmaması üçün hazırda institut tərəfindən daha tez yetişən və xəstəliklərə davamlı, daha məhsuldar sortlar yetişdirilir.

Hazırda 150-ə yaxın yeni tərəvəz sortu üzərində iş aparılır. Yeni sortlar növbəti mövsümə kimi fermerlərin yoxlanışına veriləcək və bəyəniləcəyi təqdirdə kütləvi əkinə başlanılacaq.