Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr


Digərləri 09 İyl 2019 21:20:00 204 0

Xoş əxlaqın və bəd əxlaqın gətirdiyi nəticələr

Məsum İmamlarımız (ə) ömürləri boyu öz davamçılarını gözəl əxlaqa dəvət edib, pis əxlaqdan çəkindirmişdilər.

Bu İmamlardan (ə) biri də İmam Sadiqdir (ə).

İmamın (ə) nəzərində gözəl əxlaqın gətirdiyi nəticələr:

1. Ruzini artırar. İmam Sadiq (ə) buyurur: "Gözəl əxlaq ruzinin artmasına səbəb olar".

2. Abadlıq və uzun ömür. İmam Sadiq (ə) buyurur: "Həqiqətən də gözəl əxlaq torpağın abadlığına və ömürlərin çoxalmasına səbəb olur".

3. Günahları pak olar. İmam (ə) buyurur: "Gözəl əxlaq günahları əridər, necə ki, Günəş buzu suya çevirər".

4. Dünyanın və axirətin zinəti olar. İmam (ə) buyurur: "Yaxşı əxlaq dünyada gözəlliyə, axirətdə isə genişliyə səbəb olar. Dində kamala çatmağın və Allaha yaxınlaşmağın mənbəyidir".