20 yaşlı aktyorun ölüm səbəbi bəlli oldu


Digərləri 09 İyl 2019 20:50:00 238 0

20 yaşlı aktyorun ölüm səbəbi bəlli oldu

İyulun 7-də vəfat edən 20 yaşlı aktyor Kameron Boysun ölüm səbəbi bəlli olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onun epiletsiyadan əziyyət çəkdiyi bildirilib. Bu haqda Kameronun yaxınları məlumat verib.

Tez-tez qıcolmaları tutan aktyor xəstəliklə mübarizə aparır, daim müalicələr alırmış.

Qeyd edək ki, qonşusu Kameronu evində ölü vəziyyətdə tapıb. Hadisə yerinə gələn həkimlər "Disney"in ulduzunun həyatını xilas edə bilməyiblər.