Gürcüstanda dollar kəskin bahalaşdı


Dünya 09 İyl 2019 20:20:00 186 0

Gürcüstanda dollar kəskin bahalaşdı

Gürcüstanda ABŞ dolları kəskin bahalaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sabaha olan məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9096 lari təşkil edir.

Bu günə olan məzənnə ilə müqayisədə ABŞ dolları 0,0776 lari bahalaşıb.

Gürcüstan Milli Bankının iyulun 10-na müəyyən etdiyi məzənnəyə əsasən, ölkədə avronun da qiymətində artım olub. Belə ki, avronun sabahkı qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0821 lari artaraq 3,2599 lariyə bərabər olub.