Xırdalanda "Mercedes" piyadanı vurdu:


Digərləri 09 İyl 2019 19:50:00 227 0

Xırdalanda "Mercedes" piyadanı vurdu:

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 8-də saat 13 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Y.Zərbalıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.