Sumqayıt bulvarında Xəzərə düşən şəxs xilas edildi


Digərləri 09 İyl 2019 18:40:00 202 0

Sumqayıt bulvarında Xəzərə düşən şəxs xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.