Avropada DƏRMAN əməliyyatı


Dünya 09 İyl 2019 15:44:00 228 0

Avropada DƏRMAN əməliyyatı

İtaliya polisi "Europol"la birgə genişmiqyaslı antidopinq əməliyyatı keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Avropanın bir neçə ölkəsində keçirilmiş əməliyyat nəticəsində 234 nəfər həbs olunub.

Min nəfərdən çox şəxs istintaqa cəlb olunub, 3,8 milyon avro dəyərində dopinq və digər qadağan olunmuş dərman preparatları müsadirə edilib.

Qeyd olunur ki, əməliyyat 2018-ci ilin oktyabrından başlayıb. Əməliyyat zamanı biri İtaliyada olmaqla 9 qanunsuz laboratoriya aşkar edilib.